Tez-tez verilən suallar
Sifariş zamanı sizi ən çox maraqlandıran sualları cavabladıq. Başlıqları seçərək filtirləmə apara bilərsiz!
Bizim üstünlüklərimiz
Ödənişsiz geri qaytarılma xidməti.
"Mənim üçün Sifariş Et" xidməti.
Kargo Flex şirkəti bağlamaların poçt ilə Azərbaycanda istənilən ünvana çatdırılmasını həyata keçirir.
Daşınılan bütün bağlamaların ödənişsiz olaraq sığortalanması.
Türkiyədə qapıda ödəmə ("Kapıda ödəmə") xidməti.
Onlayn kuryer xidməti.
Minimal çatdırılma tarifləri $1-dan başlayan qiymətlər.
Sürətli çatdırılma xidməti.
Ofisin şəhər mərkəzində və əlverişli ünvanda yerləşməsi.
Operativ müştəri xidmətləri.
Necə işləyir?
kargoflex.az - da qeydiyyatdan keçin
Qeydiyyatdan keçməklə Türkiyədə xarici ünvana sahib olacaqsınız və hesabınızda ünvan qeyd olunacaq.
Sifarişi ünvana göndərin
Onlayn mağazalardan alış-veriş edərkən bağlamanızın çatdırılacağı ünvan hissəsinə saytımızda qeyd edilən ünvanı yazın və ödəniş edib sifarişinizi tamamlayın.
Bağlamanızı təhvil alın
Anbarımıza təhvil verilmiş məhsulu 3-5 iş günü ərzində Azərbaycana çatdırırıq.
Çatdırılma haqqı hansı üsulla hesablanır?
Sifarişim neçə gün ərzində çatdırılır?
Bağlamaların çatdırılma müddəti məhsul xarici anbarımıza daxil olduğu vaxtdan hesablanır. Türkiyədən yüklərin göndərişi həftədə 5 dəfə həyata keçirilir. Bağlamanız anbarımıza daxil olduqdan sonra 5 iş günü ərzində Azərbaycana çatdırılır.
Bəyənnamə nədir? Necə doldurulur?
Gecikmələrin yaranmaması və bağlama hesabında əks olunması üçün müştəri şəxsi hesabına daxil olaraq, sifarişi haqqında məlumatı əvvəlcədən bəyan etməlidir. Bəyənnamə - müştərinin sifariş etdiyi bağlama haqqında yük xarici anbara daxil olmazdan ƏVVƏL kargoflex.az şəxsi hesabında “BƏYAN ET” bölməsində məlumat verməsidir. Sifariş haqqında məlumat bağlama xarici anbarlara ÇATDIRILMAMIŞDAN əvvəl qeyd olunmalıdır. Yükün bəyan edilməsi yalnız bağlama satıcı tərəfindən kuryerə verildikdən və izləmə nömrəsi (Tracking number,Teslimat no,Gönderi numarası, Kargo takip numarası, Barkod no, MNG kargoda Fatura No) təqdim edildikdən sonra mümkündür. Bağlama “sipariş numarası” ilə bəyan oluna bilməz. Bəyənnamədə bağlamanın izləmə nömrəsi( izləmə nömrəsi bölməsinə bu nömrələrdən birini yazmaq olar: “Tracking number”, "Teslimat no", “Gönderi numarası”, Kargo takip numarası, Barkod no) mağaza adı, məhsulun kategoriyası qeyd edilir və satıcı tərəfindən təqdim edilmiş invoys sənədi (fatura) əlavə edilir.
İstisnalar:
Nadir hallarda satıcılar müştərinin bağlamasını izləmə nömrəsi (tracking number) təyin etmədən göndərir. Bu halda yalnız bağlama anbara daxil olduqdan sonra bəyannamə doldurulmalıdır.
Məlumatların düzgün qeyd edilməsi bağlamanın vaxtında çatdırılmasının ilkin şərtidir.
Bağlamanın düzgün bəyan olunması qaydası ilə və bəyannamə ilə bağlı bütün suallarınıza video təlimatda cavab tapa bilərsiniz.
Ünvan və iş saatlarımız
Ünvan: Faiq Yusifov 146B, Nərimanov metrosu Bakı, Azərbaycan
İş saatları Bakı :
Müştəri xidmətləri:
Bazar ertəsi -Cümə : 09:00 - 20:00
Mənim üçün Sifariş Et xidməti:
Bazar ertəssi -Cümə 10:00-20:00
Şənbə 10:00-17:00
Anbar hər gün: 08:00 - 22:00
Bağlamanın daşınma haqqının ödəmə üsulları
Bağlamaların daşınma haqqı müştərinin istəyinə görə Kargoflex.az saytından onlayn, ofisdə nağd və ya POS-terminal vasitəsi ilə həyata keçirilə bilər.
Başqa bir şəxs Sizin bağlamanı necə təhvil ala bilər?
Əgər Siz öz hesabınızda Bakı ofismizdə olan bağlama(lar)ınızı yaxınlaşıb, təhvil ala bilmirisinizsə, bu zaman başqa bir şəxsə Sizin adınıza bağlamanı təhvil alması üçün etibarnamə verə bilərsiniz. Bunun üçün Siz saytımızda hesabınıza daxil olub, şəxsi hesabda "Etibarnamələr" bölməsindən bağlamanı təhvil almasını istədiyiniz şəxsin şəxsiyyət vəsiqəsində olan məlumatları daxil edib, ona etibarnamə verə bilərsiniz. Etibarnamə verdiyiniz şəxs Sizin müştəri kodu və öz şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb, bağlamanı təhvil ala bilər. Etibarnamə verməkdə say limiti yoxdur. Siz istənilən qədər etibarnamə əlavə edə bilərsiniz.
Daşınması qadağan olan məhsullar
Daşınması qadağan olan məhsullar:
-
Dezodorantlar.
-
Mobil telefonlar.
-
Müxtəlif növ batareyalar, powerbank-lar.
-
Qida məhsulları.
-
Çılçıraq və çərçivə ( Qablaşdırılması düzgün olmadıqda )
-
Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.
-
Partlayıcı, tezalışan və ya digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr və onların hazırlanması texnologiyasına aid materiallar.
-
Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, həmçinin hazırlanması texnologiyasına aid materiallar.
-
Pornoqrafik əşyalar, əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar.
-
Canlı heyvanlar.
-
Bitki və toxumlar.
-
Gizli kameralar, xüsusi məxfi rabitə vasitələri, onların şifrələri və istismarı haqqında ədəbiyyat.
-
Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
-
Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.
-
Zinyət əşyaları, qiymətli metallar və qiymətli daşlar.
-
Pul əskinasları, sikkələr.
-
Akkumulyatorlar.
-
Batareyalar.
-
Mühərriklər.
-
Hover Board skuterlər.
-
Maşın yağları və maşın yağının olduğu bütün mallar.
-
Hava nəqliyyatı vasitəsi ilə daşınması qadağan olunan əşyalar.
-
Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan olunan əşyalar.
-
Türkiyədən litium batareyalar və batareyalara sahib texnikalar.
-
Türkiyədən sənət əsərləri, müxtəlif sənədlər.
300 dollar limiti nədir?
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük idxal edə bilər.
Bağlamanın ümumi dəyəri 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir.
300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.
Bağlama təyin olunmuş limitin aşıldığı halda yalnız limiti keçmiş hissə üçün gömrük rüsumu hesablanacaqdır.
Bağlamanın BCT-də saxlanılması zamanı ilk gün 15 AZN, sonrakı hər gün üçün 2 AZN (1 avro) saxlanma haqqı hesablanır.
Xahiş edirik, sifariş verərkən diqqətli olun!
"Mənim üçün Sifariş Et" xidmətinin detalları nədir?
Bu, Türkiyədən istənilən məhsulun alınmasına xidmət edən kompleks servis xidmətidir. Bu tip sifariş zamanı biz sizin adınızdan Türkiyə internet-mağazasından sifariş edirik. Satıcı ilə bütün müvafiq tədbir və danışıqları aparırıq. Bu halda bizim komissiyamız ümumi məhsulun dəyərinin 5% təşkil edəcək, Azərbaycana daşınma xidmət haqqı bu məbləğə daxil deyil.
Xidmətimizdən istifadə ilə bağlı tam məlumatı bu linkdən əldə edə bilərsiniz:
İzləmə nömrəsi ( "Tracking number") nədir?
Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya Tracking number ( İzləmə nömrəsi ) təyin edir.
Bu nömrələr bağlamaların bəyan olunması üçün lazımdır. Bu nömrələr ölkə daxili kuryerlərdən fərqli olaraq fərqli adlandırılır. Bağlamanı izləmək üçün UPS karqo “Tracking number”, Trendyol express “Gönderi numarası”, Yurtiçi karqo “Gönderi kodu”, Aras karqoda “Kargo takip numarası”, Trendyol express “Teslimat no”, PTT Kargo “barkod no”, MNG karqo “Fatura no”, Sürat Kargo “seri numarası” və s. təqdim edir.
Tracking number (izləmə nömrəsi) bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır.
İzləmə nömrəsi (Tracking number) hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır.
Bağlamanız daşıyıcı şirkətin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.
Onlayn kuryer sifarişi
“Onlayn kuryer” xidməti vasitəsilə Bakı anbarımıza daxil olan bağlamaların birbaşa evinizə çatdırılmasını həyata keçiririk. Ofisə gəlmədən onlayn kuryer sifarişi ilə rahatlıqla bağlamalarınızı əldə edin.
Kuryer sifarişini kargoflex.az saytına daxil olaraq onlayn formada həyata keçirə bilərsiniz. Bunun üçün kargoflex.az saytında hesabınıza daxil olun, ”Kuryer sifarişi” bölməsinə keçid edərək “Yeni sifariş” düyməsinə klikləyin, açılan pəncərədə çatdırılmasını istədiyiniz bağlamaları seçib ”Şəhər, nişangah, ünvan, telefon, çatdırılma tarixi” bölmələrini dolduraraq “Yadda saxla” düyməsinə klikləyin.
Bağlamalarınızı 24 saat ərzində təhvil alacaqsınız. Kuryer haqqı sifariş zamanı hesabınızda əks olunacaqdır. Bağlamaların daşınma haqqını və kuryer ödənişini istəyinizə görə onlayn və ya nağd şəkildə ödəyə bilərsiniz.
Bütün bölgələrə poçtla çatdırılma xidməti
Onlayn alış-veriş hər kəsin haqqıdır. Buna görə də Azərbaycanın hansı bölgəsində olmağınızdan asılı olmayaraq bağlamalarınızı sizə çatdırırıq. Bildirək ki, poçt çatdırılması üçün sifariş bağlama Bakı ofisində olan zaman qəbul edilir.
Bağlamanızın poçtla göndərişini sifariş etmək üçün, daşınma haqqı və poçt ödənişi öncədən ödənilməlidir. ( “Daşınma balansı ” bölməsindən artıra bilərsiniz ). Bağlamalar dövlət poçtu ilə göndərilir və nəzərinizə çatdırırıq ki, poçt tariflərini dövlət poçtunun özü təyin edir. 1 kq üçün ödəniş 3 AZN-dir. Balansınızda ən az 5 AZN vəsait olmalıdır. Daşınma haqqı ödənilməli müştərinin hər hansı bir borcu olmamalıdır. Biz poçtla çatdırılma üçün Sizin balansınızdan yalnız dövlət poçtunun təyin etdiyini məbləği silirik. Artıq məbləğ balansınızda qalır. Poçtun çatdırılma müddəti, rayondan aslı olaraq 1-5 iş günü təşkil edir. Yuxarıda yazılan şərtlər tamamlandıqdan sonra bağlamanızın poçtla çatdırılması üçün zəhmət olmasa, müştəri kodunu, ad, soyad, rayon, poçt indeksi, təhvil alacaq şəxsin adını və əlaqə nömrəsini bizə təqdim etmək lazımdır.
Poçt sifarişi etmək üçün bizə sosial şəbəkələr, e-mail vasitəsilə yaza və ya nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Geri qaytarma xidmətinin ( "İade") qaydaları
Şirkətimiz bağlamaların geri qaytarma xidməti təklif edir.
Xidmət qaydalarını nəzərinizə çatdırırıq:
Kargoflex MMC şirkəti "Mənim üçün Sifariş Et" xidməti ilə əldə edilən məhsullları tam ödənişsiz geri qaytarılmasını həyata keçirir.
Ödənişsiz sığortalama xidmətinin qaydaları
Biz anbarımıza daxil olan bütün bağlamaları ödənişsiz olaraq sığortalayırıq.
Həssas məhsullar olan bağlamaların ödənişsiz sığortalanma qaydalarını nəzərinizə çatdırırıq.
Beynəlxalq yük daşınma qaydalarına əsasən qablaşdırılmış, lazımı qoruyucu vasitələrlə əhatə olunmuş (hava yastıqları, penoplastlarlar olan, fiziki zədə olmayan) və qutu üzərinə məhsulun daşınma qaydaları barədə xüsusi işarələr (məsələn, “fragile”) əlavə olunmuş bütün həssas məhsulları ödənişsiz olaraq sığortalayırıq.
Türkiyə anbarının iş saatları
Xarici anbarın iş qrafiki aşağıdakı kimidir:
Türkiyə anbarı:
Bazar ertəsi – Cümə: 9:00 – 22:00
Şənbə: 9:00 – 22:00
Bazar: Qeyri-iş günü
Smart Custom
“Smart Customs” nədir? Bəyannamə nə üçün vacibir?
Nazirlər Kabinetinin 1 yanvar 2021-ci il tarixində 305 saylı təkmilləşdirilmiş qərarına əsasən, "Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" (Smart Customs) layihəsinin tətbiqinə başlanılıb.
Artıq fiziki şəxslər tərəfindən poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin "Smart Customs" tətbiqi ilə bəyan edilməsi məcburidir. Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindən və sosial şəbəkələrdəki hesablarından Smart Customs tətbiqdən istifadəyə dair ətraflı məlumat almaq olar.
Qeyd edək ki, “Smart Customs” layihəsi elektron ticarətin daha sürətli və şəffaf şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, gömrük statistikasının düzgün aparılmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə şərait yaradır.
“Smart Customs”da bəyannamə və sifariş
KARGOFLEX şəxsi kabinetinizdə “Bəyan gözləyən” hissəsində məhsul barədə məlumat və "Tracking ID"-i sifarişlərinizi sifarişləriniz Türkiyə anbarına daxil olduqdan sonra göndərilir. "Tracking ID" hər bağlama üçün fərqli təqdim olunur. “Smart customs” tətbiqindən istifadə edərək sizə təqdim olunan "Tracking ID" və məlumatlara əsasən bəyannamən yarada bilərsiniz. Xarici ölkələrdən sifariş verdiyiniz mallar üçün “Smart customs” tətbiqində bəyannamə yaratmaq vacibdir və bəyannaməsi olmayan bağlamaların daşınması mümkün deyildir.