Haqqımızda

Biz kimik?

Biz kimik?

Kargoflex kuryer şirkəti uzun  illərdirki  logistika sahəsində fəaliyyət göstərən Türkiyə əsaslı FLEX GLOBAL LOJİSTİK TİCARET LİMİTED  şirkətinin törəmə şirkətidir. FLEX GLOBAL  olaraq hava, quru, dəmir və dəniz yolu ilə daşınmalardan qazandığımız təcrübəni Kargoflex-ə tətbiq edərək Azərbaycan xalqına yüksək keyfiyyətli və operativ xidmət göstərməkdən qürur duyuruq. Bizimlə sifariş zamanı siz Türkiyədən daşınan bağlamalarınızı yeni yaranmış və daha az təcrübəyə malik şirkətə deyil, beynəlxalq yük daşıma sahəsində  tərcübəyə sahib şirkətə həvalə etmiş olursunuz.

Biz nə edirik?

Şirkətimiz hal-hazırda AZAL, SilkWay, Türk Hava Yolları kimi təcrübəli aviaşirkətlərlə əməkdaşlıq edərək Türkiyədən şəxsi və korporativ yüklərin daşınmasını həyata keçirir.

 

Biz bütün Azərbaycan əhalisinin Türkiyədən onlayn alış-veriş etməsini və sifarişlərini sürətli şəkildə əldə etməsini təmin etmək üçün bağlamaları bütün Azərbaycana poçt vasitəsilə çatdırırıq. 

 

Bizimlə siz həm də onlayn ödəniş qəbul etməyən, yalnız Türkiyədə “Qapıda Ödəmə” tələb edən mağazalardan da alış-veriş edə bilərsiniz.

 

Operativ “Sifariş Et” xidməti və fasiləsiz işləyən anbarımız, peşəkar müştəri xidmətlərimiz, rahat və zəngin interfeysli veb saytımızla xidmətinizdəyik!

 
 
Biz nə edirik?