Daşınma şərtləri
- KargoFlex şəxsi istifadə və kuryer yüklərinin Azərbaycana daşınmasını həyata keçirir. Hazırda şəxsi istifadə limiti Azərbaycanda bir təqvim ayı ərzində 300 (USD) (çatdırılma haqqı daxil olmaqla) ABŞ dolları təşkil edir. Daşıyıcı bütün sifarişlərin daşımasını həyata keçirərkən yalnız 300 ABŞ dollarınadək sifariş olduqda gömrük sənədləşmələrini öz üzərinə götürür. Dəyəri daha yüksək məbləğdə sifariş verilərsə, daşıyıcı malı Gömrük terminalınadək gətirməyi, istifadəçi isə digər sənədləşmə və malın terminaldan təhvil götürülməsini öz üzərinə götürür.
- Şəxsi istifadə limitinə daxil olan məhsulların kommersiya məqsədli olmadığı və məhz şəxsi istifadə üçün olduğu əsaslandırıla bilməlidir. Fiziki şəxs şəxsi istifadə limitini keçdikdə və ya yükünün kommersiya məqsədli olduğu qənəati yarandıqda həmin yük gömrük orqanı tərəfindən gömrük rüsumuna və əlavə dəyər vergisinə tabe edilir. Ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz: https://c2b.customs.gov.az/Tnved_public.aspx
- Sifarişçinin yükü gömrük orqanı tərəfindən saxlandıqda “Daşıyıcı” bu barədə sifarişçiyə məlumat verir. Sifarişçi gömrükdə saxlanmış bağlamasını götürməsə belə “Daşıyıcı”ya bağlamanın daşınma haqqını ödəyir. “Daşıyıcı” isə öz növbəsində sifarişçiyə bağlamanı təhvil alması üçün gömrük orqanı tərəfindən verilmiş barkod təqdim edir. Sifarişçi bu barkod əsasında bağlamasını Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirir və Bakı Karqo Terminalında saxlama xərclərini ödəyərək yükünü təhvil alır. Eyni zamanda Türkiye gömrüyü tərəfindən saxlanılan məhsullar müsadirə edilir.
- Sifariş edilən malların sığortalanması “Daşıyıcı” tərəfindən həyata keçirilmir və buna görə şirkət heç bir məsuliyyət daşımır. Bağlama "Daşıyıcı"nın xarici anbarında təhvil alınana qədər "Daşıyıcı" bağlama üzərində heç bir məsuliyyət daşımır.
- “Sifarişçi” xarici anbara məhsul sifariş edərkən ünvanı KargoFlex saytında olduğu kimi yazmalıdır, ünvan sonunda olan ID kod və qeydiyyatdan keçmiş şəxsin ad və soyadı düzgün olmadıqda bağlama naməlumlara düşə bilər, yanlış ünvan yazılmış bağlamalara görə “Daşıyıcı” heç bir məsuliyyət daşımır.
- Sifariş əsasında daşınan bağlamadakı əşyanın qüsurlu olmasına, məhsulun ölçüsünün, rənginin, çeşidinin və s. səhv gəlməsinə görə “Daşıyıcı” heç bir məsuliyyət daşımır. Bu kimi hallarda sifarişçi problemin aradan qaldırması üçün iradını ancaq satıcı mağazaya bildirə bilər.
- Sifariş edilmiş bağlama “Daşıyıcı”nın ofisinə daxil olduqdan sonra “Daşıyıcı” tərəfindən sifarişçiyə bu barədə SMS və ya e-mail vasitəsilə məlumat verilir. Sadalanan bu vasitələrdən (zəng, SMS, e-mail) hər hansı biri ilə sifarişçiyə məlumat verildikdə, sifarişçi “Daşıyıcı” tərəfindən rəsmi qaydada məlumatlandırılmış hesab edilir. Sifarişçi bağlamanı “Daşıyıcı”nın Bakı anbarlarından və ya özünə ən yaxın KargoFlex məntəqələrindən təhvil alır. Əgər sifarişçi bağlamanın birbaşa ünvanına çatdırılmasını istəyərsə, bu zaman ödənişli kuryer xidmətindən istifadə edə bilər.
- Sifariş olunan bağlamanın “Daşıyıcı”nın anbarına daxil olması barədə sifarişçiyə məlumat verildiyi andan etibarən 10 (on) təqvim günü ərzində sifarişçi bağlamanı təhvil almadığı təqdirdə, hər gün üçün 0,50 AZN (50 qəpik) saxlama haqqı hesablanır. Sifarişçi “Daşıyıcı” qarşısında bütün maddi öhdəliklərini ödəyənədək bağlamanı təhvil ala bilməz.
- Link və ya səbət üsulu ilə verilən sifarişlərdə 5% bank komissiyası ümumi məbləğə əlavə edilir və müştəriyə geri qaytarılmır.
- Sifariş olunan bağlamanın anbardan təhvil alınması barədə “Daşıyıcı” tərəfindən sifarişçiyə məlumat verildiyi andan etibarən, bağlama 1 (bir) ay ərzində təhvil alınmadığı təqdirdə, bağlamadakı əmlak “Daşıyıcı”nın mülkiyyətinə keçir.
- Ölçüsü (en, uzun, hündürlük) 60 santimetrdən artıq olan bağlamaların daşınma haqqı ,həcmi çəki ilə hesablanır.
- Bağlamalar təhvil alınarkən çatdırılma haqqı ödənişi tam formada bütün bağlamalar üçün edilməlidir.
- Sifariş edilmiş bağlamanın “Daşıyıcı”dan asılı olmayan səbəblərə görə gecikməsi hallarında (avia reyslərin gecikməsi, gömrük yoxlamaları və s.) “Daşıyıcı” heç bir məsuliyyət daşımır və bu hal sifarişdən imtina üçün əsas sayıla bilməz.
- Sifarişçi ilə aparılan bütün yazışmaların, habelə sifarişçiyə aid “Daşıyıcı”ya bəlli olan məlumatların, “Daşıyıcı”nın Zəng mərkəzinə (Call center) olunan zənglərin arxivləşdirilməsi aparılır və konfidensiallıq “KargoFlex ” tərəfindən qorunur.
- “Daşıyıcı” xarici anbarlarında bağlamaları təhvil alarkən üzərində qırılabilən əşya olduğuna dair etiket (label) olan bağlamaların daxilindəki məhsulların zədələnibzədələnmədiyini yoxlayır. Üzərində qırılabilən əşya olduğuna dair etiket (label) olmayan bağlamaların tərkibindəki məhsulların qırılması, əzilməsi, zədələnməsi kimi hallarda “Daşıyıcı” heç bir məsuliyyət daşımır.
- Sifarişçi bağlamasını təhvil almağa gələrkən “Daşıyıcı”nın ofisində kassaya şəxsiyyətini təsdiq edən sənəd təqdim edərək, daşınma haqqını ödəyir və müvafiq çek alaraq, bağlamasını anbardan götürür.
- “Xarici anbardadır” statusuna keçirilmiş, həmçinin Azərbaycana göndərilmiş bağlamaların satıcı mağazaya geri qaytarılması həyata keçirilmir.
- Sifarişçinin məhsulu “Daşıyıcı”nın xaricdəki anbarında daxil olduqdan sonra sıxlıqdan asılı olaraq, 48 iş saatı ərzində növbəli qaydada “Xarici anbardadır” statusuna keçirilir.
- “Daşıyıcı” tərəfindən mobil telefonların, tibbi maskaların, dərman preparatlarının, powerbankların, dəyərli zinət əşyalarının, maqnitli məhsulların sifarişi qəbul edilmir və daşınması həyata keçirilmir. Sui-istifadə edib, telefon sifariş etmiş fiziki şəxslərin bağlamasının daşınması icra edilmir, həmin bağlamaya görə “Daşıyıcı” üzərinə heç bir məsuliyyət götürmür.
- “Daşıyıcı” tərəfindən dərman preparatlarının sifarişi qəbul edilmir və daşınması həyata keçirilmir.
- Elektronik ( televizor, kompüter, oyun konsulları və s) və qida vasitələrinin daşınması xüsusi tariflə hesablanır.
- "Daşıyıcı”nın anbarlarında itmiş bağlamaların araşdırma müddəti 30 is günu davam edə bilər. Sistemdə olmayan bağlamanın araşdırılması ilə bağlı sifariş çatdıqdan 1 ay ərzində sorğu yaradıla bilər. 1 ay sonra göndərilən sorğular qəbul edilmir və araşdırılmır.
- "Sifariş et" xidmətimizdən istifadə zamanı "Ödənildi" statusunda olan sifarişlərdə hər hansı bir dəyişiklik (ölçü, rəng və s. dəyişimi) edilmir. “Sifariş verildi” statusunda olan linklər ləğv edilmir.
- Silinən linklərin məbləği TL balansına 7% bank komissiyasısz yerləşdirilir və növbəti sifarişlərdə istifadə edilə bilər eger balansa iade teleb edilerse bu zaman 10% xidmet haqqi tutulur.
- Sifarişlər verilərkən məhsul(lar)un və Türkiyə daxili karqonun ödənişi tam ödənilməlidir. Ödənilmədiyi təqdirdə çatışmayan məbləğ varsa müştərinin mövcud balansından tutulur və yaxud da məhsul(lar) təhvil verilərkən müştəridən tələb olunur. Ödənişlər tam ödənildikdən sonra məhsulun təhvili mümkündür.
- Əgər linkdə çatışmayan (250 liraya qədər) məbləğ varsa, müştərinin balansında olan mövcud balansdan istifadə edilə bilər, çatışmayan məbləğ 250 tl daha çoxdursa, link silinir, məbləğ TL balansına yerləşdirilir.
- KargoFlex qəbul olunmuş sifarişləri eyni anda və birlikdə həyata keçirir. Buna baxmayaraq məhsullar satıcı tərəfindən ayrı-ayrı bağlamalarda göndərilə bilər və buna görə KargoFlex məsuliyyət daşımır. Məhsullar satıcı mağaza tərəfindən neçə bağlama olaraq xarici anbarımıza çatdırılırsa, hər bağlama ayrılıqda hesablanır.
- Beynəlxalq daşıma şərtlərinə görə maye məhsulları digər məhsullardan ayrı daşınmalıdır. Əgər bağlamanızda həm quru, həm maye məhsul varsa, mayelər çıxarılıb ayrı sistemə daxil ediləcək və maye tarifi ilə hesablanacaqdır.
- Türkiye anbarımızdan iadə xidməti aktivdir ( çəkisi 2$)
- Kapı ödəmə xidməti 10% komissiya ilə icra edilir.