Təsdiq kodunu necə əldə edim?
Təsdiq kodunu necə əldə edim?
Trendyol saytından yeni qeydiyyatdan keçən müştərilərin nəzərinə!
Sizdən SMS təsdiqləmə kodu tələb olunduqda post-da qeyd etdiyimiz və ya şəkildə gostərdiyimiz ardıcıllıqları yerinə yetirərək probleminizi həll etmiş olacaqsınız. Belə ki, ilk öncə Kargoflex.az saytına daxil olub "Xaricdəki ünvanlarım" bölməsini seçirsiniz.
Sonrakı mərhələdə "Trendyol.com.tr" xanasını seçirsiniz. Açılan pəncərədə Kargoflex.az saytından qeydiyyatdan keçərkən əlavə etdiyiniz mobil nömrəni qeyd edib, "Təsdiqlə" düyməsini sıxın.
"Mobil nömrə" bölməsində qeyd olunan nömrəni "Trendyol" tətbiqində "adres ekle" xanasına əlavə edin.
Sistemdə qeyd olunan mobil nömrənizə SMS vasitəsilə göndərilən təsdiq kodunu qeyd edib, "Onayla" düyməsinə sıxaraq "Trendyol" hesabınızdakı ünvanınızı tədsiqləmiş olursunuz.