Amerikadan necə sifariş edim?

Amerikadan necə sifariş edim?

Amerikadan sifariş qaydası


 

Amerikadan necə sifariş etmək lazımdır? Ən çox hansı Amerika saytlarindan sifaris olunur? Amerikadan nələr almaq olar? Məhsullar Amerikadan Bakiya neçə günə çatdırılır? Amerika magazalarinda endirimlər

 

AMERİKADAN ONLAYN ALIŞ-VERİŞ

Müasir dövrümüzdə insanlar onlayn alış-veris etməyə üstünlük verir. Son illər ölkəmizdə də onlayn alış-veriş edənlərin faiz göstəricisi olduqca artmışdır.  İnsanlar evdən çıxmadan və vaxt itirmədən istədikləri məhsulları asanlıqla sifariş edə bilmək şansı qazanırlar.

Bu zaman ərzində Amerika saytlarından onlayn alış-veriş edənlərin də sayında artım baş vermişdi. İnsanların Amerika mağazalarındakı əsas tələbatı isə elektronika və müxtəlif brendlərin geyim, ayaqqabı, çanta kimi məhsullarıdır.

 

AMERİKADAN SİFARİŞ ETMƏK QAYDASI

Amerikadan Azarbaycana birbaşa çatdırılma xidmətindən istifadə etmək üçün insanlar karqo şirkəti axtarışına çıxırlar. Kargoflex karqo şirkəti müştərilərinə ən sərfəli tariflərlə Amerikadan Azərbaycana sürətli çatdırılma xidməti təklif edir. Kargoflex.az-la siz Amerikadan sifarişlərinizi iki qaydada həyata keçirə bilərsiniz:

  1. Sifarişlərin Whatsapp-la icra olunması

  2. Kargoflex.az hesabınızda “Xaricdəki ünvanlarım” bölməsindən Amerika ünvanınızı istifadə etməklə.

Gəlin hər qayda ilə ətraflı tanış olaq.

QAYDA 1.

  1. Amerikadan whatsapp-la sifariş zamanı müştəri ilk öncə kargoflex.az saytından qeydiyyatdan keçir

  2. Amerikadan almaq istədiyi  məhsulun linkini kopyalayıb, rəngini, ölçüsünü, ad, soyad və müştəri kodunu yazıb whatsapp +994103108737 nömrəsinə göndərir

  3. Müştəri ödəyəcəyi məbləği  göndərilən bank kartına yükləyərək sifarişini icra edir. 

Məhsulunuz “Bəyan et” statusu alan zaman sizə Kargoflex-dən sms göndəriləcək və bu zaman  "Smart Customs"  tətbiqinə daxil olub məhsulunuzu bəyan edirsiniz. Bağlamanız  anbarımıza daxil olduqda isə sms bildirişi alacaqsınız.
"Whatsapp-la sifariş et" xidmətinin üstünlüyü ondan ibarətdir ki, bəzi Amerika mağazaları yerli bank kartlarını qəbul etmir. Bu halda Kargoflex sizin üçün problemsiz şəkildə sifariş edib, məhsulunuzu Bakıya çatdırır. Bu xidmətdən istifadə etməklə siz həm də vaxtınıza qənaət etmiş olursunuz.

QAYDA 2.

  1. Kargoflex.az saytından qeydiyyatdan keçirsiniz;

  2. Daha sonra Kargoflex hesabınıza daxil olub “Xaricdəki ünvanlar” xanasına daxil olursunuz. Burada siz Amerika ünvanınızı və məlumatlarını görəcəksiniz;

  3. Sonra isə məhsul almaq istədiyiniz Amerika saytına daxil olub, həmin saytın ünvan və digər məlumatlar hissəsinə buradakı məlumatların eynisini kopyalayaraq qeyd edirsiniz;

  4. Almaq istədiyiniz bütün məhsulları bu ünvana sifariş edirsiniz;

  5. Məhsulunuz “Bəyan gözləyən” statusu alan zaman sizə Kargoflex.az-dan sms göndəriləcək və bu zaman sizə məxsus smart customs və e.customs saytına daxil olub həmin məhsulunuzun bəyannaməsini yükləyirsiniz;

  6. Sonda isə məhsulunuz anbarımıza daxil olanda sms alacaqsınız və ya məhsullarınızı Kargoflex profillərinizdən izləyə bilərsiniz. Bağlamalarınızı anbarlarımıza yaxınlaşıb təhvil ala bilərsiniz.

QEYD: Əgər sifariş zamanı hər hansı bir problem yaranarsa, məsələn, mağaza sizin bank kartınızı qəbul etməsə, “Sifariş et” xidmətindən istifadə etməyiniz tövsiyə olunur. Bununla siz həm də vaxtınıza qənaət etmiş olacaqsınız. Kargoflex.az 7/24 sizə istədiyiniz köməyi etməyə hazırdır.

 

ƏN ÇOX MƏHSUL SİFARİŞ OLUNAN AMERİKA MAĞAZALARI

Sizə Amerikadan müxtəlif çeşiddə məhsullar ala biləcəyiniz ən yaxşı saytları təqdim edirik.

 

Amerikadan geyim sifarisi üçün saytlar:

1. https://us.shein.com/

2. https://www.asos.com/us/women/

3. https://www.nordstrom.com/

4. https://www2.hm.com/en_us/index.html

5. https://www.6pm.com/

6.  https://www.forever21.com/

7. https://www.macys.com/

8. https://www.express.com/

9. https://www.ae.com/us/en

 

Amerikadan kosmetika sifarisi üçün saytlar:

1. https://www.sephora.com/

2. https://www.maccosmetics.com/

3. https://www.thebodyshop.com/en-us/

4. https://www.ofracosmetics.com/

5. https://www.anastasiabeverlyhills.com/

6. https://www.ulta.com/

7. https://kyliecosmetics.com/en-us

8. https://colourpop.com/

9. https://kyliecosmetics.com/en-us

 

Amerikadan ayaqqabı-çanta sifarişi üçün saytlar:

1. https://www.michaelkors.com/

2. https://www.charleskeith.com/us

3. https://www.dolcegabbana.com/en/

4. https://ninewest.com/

5. https://www.aldoshoes.com/us/en_US

6. https://www.onlineshoes.com/US/en/home

7. https://www.guess.com/us/en/home/

8. https://www.marcjacobs.com/

 

Amerikadan elektronika sifarişi üçün saytlar:

1. https://www.amazon.com/

2. https://www.bhphotovideo.com/

3. https://www.dell.com/en-us

4. https://it.gearbest.com/

5. https://www.ebay.com/

6. https://www.walmart.com/

7. https://www.hp.com/us-en/home.html

 

Bütün Amerika mağazaları ilə ətraflı şəkildə tanış olmaq üçün Kargoflex.az saytından “Mağazalar” bölməsinə keçid edə bilərsiniz.

 

AMERİKADAN GƏTİRİLƏ BİLƏN MƏHSULLAR

Siz Amerikadan hər növ geyim, aksesuar ev-məişət əşyaları və müəyyən elektronik məhsulları sifariş edə bilərsiniz. Lakin bu məhsullar arasında bəzi istisnalar mövcuddur. Gəlin bu qadağan olunmuş məhsullarla tanış olaq:

  1. Təzyiq altında olan məhsullar, məsələn, spreylər, boyalar, parfumeriya, hava yastığı, quru şampun;

  2. Tezalışan və partlayıcı maddələr və onların hazırlanması texnologiyasına aid olan materiallar;

  3. Zinət əşyaları, qiymətli metallar və əşyalar;

  4. Batareyalı elektronik məhsullar;

  5. Mobil telefonlar.

Bu məhsulların daşınılması həyata keçirilmir.

 

AMERİKADAN AZERBAYCANA CATDİRİLMA MÜDDƏTİ

Amerikanın onlayn saytlarindan məhsul sifariş etdikdə Kargoflex tərəfindən 4-6 iş günü ərzində Bakıya çatdırılır. Sifariş etdiyiniz məhsul “xarici anbar” statusu aldıqdan sonra qısa müddət ərzində Bakıya çatdırılır. Daha sonra isə çeşidlənməyə daxil olaraq digər filiallara göndərilir. Siz ,həmçinin, bağlamanızı istədiyiniz yerdə əldə etmək üçün “Kuryer” xidmətindən istifadə edə bilərsiniz.

 

Qeyd edək ki, bütün filiallara, Bakı, Gəncə, Zaqatala və Sumqayıta Amerikadan catdirilma qiymetleri eynidir. Tariflərlə tanış olmaq üçün Kargoflex.az saytına daxil ola bilərsiniz.

https://kargoflex.az/tariff.html

 

AMERİKA MAĞAZALARINDAKI ENDİRİMLƏR

Amerika saytlarında tez-tez müxtəlif endirim və kampaniyalar başlayır. Müştərilər bu endirim günlərini səbirizliklə gözləyirlər. Bəs bu endirimlərdən vaxtında necə xəbərdar ol bilərik? Bunun üçün sizlərə bəzi ipucuları hazırladıq:
 

1) Mobil tətbiqdən istifadə

Alış-veriş etmək istədiyiniz onlayn mağazaların mobil tətbiqlərini telefonunuza endirin. Amazon, Macy’s, Asos, Nike və başqa mağazaların proqramlarını telefonunuza yüklədiyiniz zaman endirim və kampaniyalardan vaxtında xəbərdar ola biləcəksiniz.

2) Bildirişləri açıq saxlamaq
Bildirişlər alıcılar üçün çox vacibdir. Veb saytlar bəzən gündəlik və ya qısamüddətli endirimlər təklif edir. Bunlar haqqında nə qədər tez məlumatlandırılsanız, bir o qədər endirimli alış-verişlər edə bilərsiniz.

3) Məhsulları favorilərə əlavə etmək

Bəyəndiyiniz məhsulu favorilərə əlavə etməyi heç vaxt unutmayın. Favorilərə əlavə etdiyiniz məhsullar endirimə düşən zaman sizə xəbərdarlıq bildirişləri gəlir. Bunun sayəsində isə endirimlərdən vaxtında yararlana biləcəksiniz.

4) Sosial media hesablarını izləmək

Sosial medianın müasir dövrdəki əhəmiyyətini izah etməyə ehtiyac yoxdur. Amerika saytları da bundan yaxşı istifadə edərək sosial media hesablarını kifayət qədər aktiv saxlayırlar. Gündəlik olaraq davam edən endirim kampaniyalari haqqında məlumatları buradan əldə edə bilərsiniz.

Bununla bərabər Kargoflex.az saytımızı da sosial media kanallarından izləyə bilərsiniz. Hər gün bütün sosial media kanallarımızda Amerika saytlarında başlayan endirimlər haqqında məlumatlar paylaşırıq. Bizi izləmək üçün aşağıdakı linklərə keçid edə bilərsiniz.

►https://kargoflex.az/

►https://www.instagram.com/Kargoflex.az/

►https://www.facebook.com/kargoflex.az

İllərdir kargo şirkətləri arasında  keyfiyyətli və sürətli  xıdmətimizlə seçilirik!


Sizə Kargoflex-la Amerikadan uğurlu alış-veriş arzulayırıq!