Outlet nədir ?

Outlet nədir ?

Alış-veriş zamanı mağaza vitrinlərində tez-tez qarşımıza çıxan outlet anlayışı nədir və niyə həmin etiketə malik mağazalar daha ucuzdur? Bu suallara cavab axtaracağımız bu bloqda əlavə olaraq Türkiyənin onlayn outlet alış-veriş saytları haqqında məlumat verəcəyik. Elə isə başlayaq!

 

1930-cu ildə Amerikada ortaya çıxan bu termin keyfiyyətli markaların məhsullarını ucuz qiymətə almaq fürsəti yaratdığı üçün tezliklə dünyaya yayılmağa başladı.

 

Outlet məhsullar anlayışına: vitrində istifadə edilmiş, fabrikdən birbaşa satılan, istehsal artığı, geri qaytarılmış, endirimli və ya limitli sayda stokda qalan məhsullar daxildir. İlk vaxtlar şirkətlər bu tip məhsullarını öz işçilərinə satırdı, sonradan isə qısa müddətdə müştərilər də hədəf kütləyə çevrildi.

 

Outlet mağazalar həm də nəhəng brendlər üçün satılmayan məhsullarını satmaq adına gözəl fürsətdir. Qarşılıqlı qazancın olduğu bu vəziyyət kimə xoş olmaz ki?

 

Outlet dedikdə fabrik outleti və outlet mağaza anlayışlarını qarışdırmamaqda fayda var. Fabrik outleti ancaq bir brendə məxsus ola bilir. Outlet mağazalarda isə bir çox brendlərin outlet məhsullarına rast gələ bilərsiniz.

İnternetin həyatımıza daxil olması ilə bərabər onlayn platformaya köçənlər sırasına outlet mağazaları da daxil etmək olar. İnternet sayəsində outlet mallara getməyə ehtiyac olmadan rahatlıqla alış-verişinizi edə bilərsiniz.

 

Aşağıdakı siyahıda Türkiyənin ən məşhur onlayn outlet mağazalarını və qısa məlumatlarını görə bilərsiniz. Təkcə outlet yox, eyni zamanda Türkiyənin digər onlayn alış-veriş saytlarının siyahısı isə bu bloqda  əksini tapmışdır. İndi isə öz siyahımıza qayıdaq;

KargoFlex.az